Türkiyə mətbuatının savadsızlığı: "Fənərbağça" - "Beşiktaş" derbisini yenidən keçirməyi tələb etdilər

15:44 25 Mart 2015

Türkiyə mətbuatı Emenikenin oyundakı hərəkətlərinə görə 3 dəfə sarı kart görməli olduğunu iddia edir. Lakin UEFA qaydaları bunun tam əksini söyləyir.  

 

Sportarena.az xəbər verir ki, Matçın hakimi Fırat Aydınusun "Fənərbaxça"lı futbolçu Emenike ilə bağlı UEFA qaydalarını tətbiq etdiyi ortaya çıxıb.
Oyun qaydalarına görə, oyunda forma çıxarmaq qayda pozuntusu deyil. Ancaq futbolçu qol vurduqdan sonra formasını çıxararsa, o zaman bu, qayda pozuntusu sayılır. UEFA tərəfindən hakimlərə verilən cəzalandırma səlahiyyəti də yalnız qol vurulan zaman forma çıxarılmasına şamil edilir. 

 

Futbolçunun ehtiyat skamyasına yaxınlaşması da qayda pozuntusu deyil. Əgər futbolçu meydançanı tərk edib soyunma otağına getsə, o zaman sarı kartla cəzalandırıla bilərdi 


Digər xəbərlər

Xəbər xətti