Dmitri Nazarov: "Azərbaycanda mənə inanırlar"

16:33 25 Mart 2015

“Məşqlərdən görünür ki, komandada istək güclüdü. Hazırlıq prosesində hamı əlindən gələni edir”.

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının üzvü Dmitri Nazarov deyib.

 

Millinin bu gün keçirilən məşqindən sonra jurnalistlərin suallarını cavablandıran yarımmüdafiəçi rəqib haqda düşünmədiklərini bildirib: “Azərbaycan millisinin heyətində hələ ki, qələbə qazanmamışam. Belə davam etsək, Malta ilə oyunda 3 xal bizim olacaq. Dünən qısa olaraq Malta haqda danışdıq. Amma düzünü desəm, mənim üçün rəqibin heyəti, oynayacağı sistem maraqlı deyil. Əsas odu ki, öz oyunumuzu göstərib, azarkeşlərimizi sevindirək”.

 

“Karlsrue”nin heyətində çıxış edən Nazarov millinin yeni baş məşqçisi Robert Prosineçki haqda da fikirlərini bölüşüb: “Foqts gedəndən sonra Azərbaycan millisindən kənarda qalacağım barədə qorxum yox idi. Həmişə milliyə çağırılanda əlimdən gələni əsirgəməmişəm. Azərbaycanda mənə inanırlar. Bunu Prosineçki də bilir. Gələcəkdə də öz oyunumla etimadı doğrultmalıyam. Prosineçki haqda məlumatım əvvəldən də var idi. Bilirəm ki, elə mənim mövqeyimdə oynayıb və güclü futbolçu olub”.

 

Nazarov Azərbaycan millisində birgə çıxış etdiyi Emil Balayevin “Ayntraxt”da möhkəmlənəcəyinə inandığını qeyd edib: “Emillə Almaniyada geniş əlaqəmiz yoxdu. Bir dəfə qış fasiləsində mini futbol turnirində ona qarşı oynamışdım. “Ayntraxt”ın əsas qapıçısını tanıyıram, birgə çıxış etmişik. Güclü qapıçıdı. Emilin də potensialı var və inanıram ki, bir gün əsas heyətdə oynaya biləcək”.

 


Digər xəbərlər

Xəbər xətti