Kosta: "Mənim qırmızı vərəqə almağım üçün çalışırlar"

22:49 25 Mart 2015

“Çelsi”nin ispaniyalı hücumçusu Dieqo Kosta İngiltərə Premyer Liqasında çıxış edən müdafiəçilərdən şikayətlənib.

 

Sportarena.az xəbər verir ki, “Marca”ya açıqlama verən futbolçu, “İngiltərədəki müdafiəçilərin İspaniyadakılardan fərqi yoxdur. Amma, İspaniyadakı hakimlər bunlara göz yummurdu. Bəziləri mənim qırmızı vərəqə almağım üçün çalışırlar. Hər dəfə özümü ələ alıb oyuna köklənirəm”. – deyib.

 

Qeyd edək ki, “Çelsi”də uğurlu çıxışını davam edirən Kosta, “Hall Siti” ilə oyunda 20-ci qolunu vurmuşdu.


Digər xəbərlər

Xəbər xətti