Falkao gedəcəyinə işarə etdi: "Mənə davamlı oynaya biləcəyim klub lazımdır"

23:17 25 Mart 2015

“Mançester Yunayted”in kolumbiyalı futbolçusu Radamel Falkao, açıqlama verərək hazırkı komandasından ayrıla biləcəyinə işarə edib.

 

Sportarena.az xəbər verir ki, Dünya Çempionatından öncə ağır zədə aldıqdan sonra hələ də özünə gəlməkdə çətinlik çəkən futbolçu, “Mançester Yunayted”də “qara günlər”ini yaşayır. Əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu bu mövsüm yalnız 4 qol vurmağı bacarıb. Son oyunlarda isə onu əsas heyyətdə görmək müşkül məsələyə çevrilib.

 

Bütün bunlardan bezən kalumbiyalı, “Xoşbəxt olmaq üçün davamlı olaraq oynamağa ehtiyacım var. “Yunayted” üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Mövsüm bitincə isə öz karyeram haqqında ən yaxşı qərarı verəcəm. Mənə davamlı oynaya biləcəyim klub lazımdır. İnanıram ki, bu klub elə “Mançester” olacaq” – deyib.

 

Qeyd edək ki, “Porto” və “Atletiko”dakı çıxışı ilə şöhrət qazanan futolçu gözlənilmədən “Monako”ya keçmiş və daha sonra icarə əsasında “Mançester Yunayted”də oynamağa başlamışdı. 14 ay öncə, Dünya Çempionatına az qalmış ciddi zədə alan futbolçu o gündən bu yana öz formasını qaytarmaqda çətinlik çəkir.


Digər xəbərlər

Xəbər xətti