AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Malta yığması yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, rəqibimiz səfərdə komandasını ilk oyununa çıxardan Kaxaber Sxadadzenin başçılıq etdiyi Gürcüstanla üz-üzə gəlib. Görüş gürcülərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Maraqlı məqam isə gürcülərin qələbə qollarını son dəqiqələrdə vurması olub. Ardıcıl olaraq görüşün 83-cü dəqiqəsində Jaba Kanakava, 89-cu dəqiqəsində isə Valeri Kazaişvili fərqlənib.
Gürcüstan – Malta 2:0
Qollar: Kanakava 83; Kazaişvili 89
Qeyd edək ki, Azərbaycan – Malta qarşılaşması martın 28-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlayacaq. Qarşılaşma türkiyəli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Halis Özkahya olacaq. Ona Cem Satman və Ekrem Kan köməklik göstərəcəklər.