İDDİA: Azərbaycanlı iş adamından İtaliya klubuna 40 milyon avro

23:47 25 Mart 2015

İtaliyanın "Latsio" klubu azərbaycanlı iş adamı ilə sponsorluğa dair danışıqlar aparır.
 
 

Sportnet.az xəbər verir ki, "Corriere dello Sport" belə bir iddia edib. İddiaya inansaq sponsor forma üzərində reklam yerləşdirmək istəyindədir.

Azərbaycanlı iş adamının "Latsio"ya bu sponsorluğa görə  40 milyon avro ödəməyə hazır olduğu bildirilir. Lakin, həmin şəxsin adı açıqlanmayıb. Klubun formaları üzərində "Land of Fire Azerbaijan" sözlərinin yazılacağı güman edilir. O da bildirilir ki, Hafiz Məmmədov 2012-ci ilin sonlarında İspaniya "Atletiko"su ilə anlaşmazdan öncə məhz İtaliya klubu ilə təmasda olub.

 

Qeyd edək ki, İtaliya A seriyasında 28 turdan sonra "Latsio" 52 xalla 3-cü pillədə qərarlaşıb. "Ağ-mavilər" bir müddətdir reklam axtarışındadırlar.

 


Digər xəbərlər

Xəbər xətti