Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.
Sportarena.az xəbər verir ki, AVRO-2016-nın seçmə mərhələsinin qarşılaşmaları cədvəldə bəzi dəyişikliklərə səbəb olub.
Bakıda baş tutan qrup oyunlarında Belçikanı 3:1, Danimarkanı 11:2 hesabı ilə məğlub edib, Ukraynaya 2:3 hesabı ilə uduzan Azərbaycan millisinin mövqeyi dəyişməz qalıb. Pley-offa yüksələn komandamız 13-cü sırada qalıb. Lakin yığmamız 13 xal itirib.
Millimiz Avropa yığmaları arasında 7-ci pillədə qalıb. Lakin dünyanın ən güclü 20 millisi arasında yer alan bəzi avropalılar geriləyib. Portuqaliya və Çexiya hərəyə 1, Rumıniya 2 pillə geriləyib. Əvəzində Sloveniya ilə Xorvatiya 1, Qazaxıstan isə 2 addım önə keçib.
Qeyd edək ki, siyahıda planetin 97 millisi yer alıb. Daha 54 komanda isə son illərdə az oyun keçirdiyindən əlavə cədvələ daxil edilib.
Dünyanın ən güclü 20 millisi
1. İspaniya - 1922
2. Braziliya - 1910
3. Rusiya – 1746
4. İtaliya - 1721
5. Argentina – 1679
6. İran - 1611
7. Portuqaliya - 1596
8. Ukrayna – 1494
9. Kolumbiya - 1415
10. Çexiya - 1412
11. Yaponiya – 1401
12. Paraqvay - 1384
13. AZƏRBAYCAN – 1366
14. Sloveniya – 1360
15. Xorvatiya - 1340
16. Rumıniya - 1335
17. Serbiya - 1315
18. Tailand - 1295
19. Özbəkistan - 1269
20. Qazaxıstan - 1260