Portuqaliyanın Porto şəhərində 16 yaşadək futbolçular arasında beynəlxalq turnirə start verilib.
Sportarena.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan millisi ilk qarşılaşmada meydan sahibləri ilə üz-üzə gəlib.
Portuqaliya yığması Təbriz Həsənovun yetirmələrinin qapısından 5 cavabsız qol keçirib. İlk turun digər oyununda Rusiya millisi Porto regionunun komandasına qalib gəlin – 2:1.
Qeyd edək ki, sabah keçiriləcək II turda yığmamız Rusiya ilə üz-üzə gələcək.