"Azərbaycan millisi ilə oyunumuz çox yaxşı alındı"

13:28 26 Mart 2015

“Azərbaycan millisi ilə oyunumuz çox yaxşı alındı. Bu görüşdə futbolçularımızı sınamaq imkanı əldə etdim”.

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Portuqaliyanın U-16 yığmasının baş məşqçisi Emilio Peyşe deyib.

 

O, Portoda təşkil olunan beynəlxalq turnirin Azərbaycan yığmasına qarşı keçirilən oyunu haqda fikirlərini açıqlayıb: “Matçın gedişində taktiki dəyişikliklər etdik. Komandamızın nə dərəcədə aqressiv və güclü olduğunu da göstərdik. Düzdü. Görüşün əvvəlində bir az həyəcan var idi. Lakin ikinci yarıda daha yaxşı təsir bağışladıq. Təkcə nəticə deyil, bütün futbolçuların göstərdiyi oyunda da məmnun qaldım”.

 

Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyununda meydan sahibləri 5:0 hesabı ilə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti