"Qarabağ"ın futbolçusu Ermənistanla oyundan danışdı: "Qarabağ"da mənə deyildi ki, uduzsan, geri qayıtma"

15:49 26 Mart 2015

"Azərbaycanlılar da bilir ki, "Qarabağ"da oynadığımdan bu matç mənim üçün önəmlidir. Xüsusi bir oyun olacaq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın  və Albaniya millisinin futbolçusu Ansi Aqolli "Avro-2016"nın seçmə mərhələsində Ermənistanla qarşılaşacaqları matç haqqında danışarkən deyib.

Təcrübəli müdafiəçi bu matçın onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "Qarabağ"da mənə deyildi ki, uduzsan, geri qayıtma. Təbii ki, bu, zarafatdır. Biz sonuncu dəfə erməniləri məğlub etdikdə klub prezidenti mənə mükafat verdi. Düşünürəm ki, bu dəfə də qalib gələcəyik və mən yenə mükafatlandırılacam”.

Qeyd edək ki, Albaniya – Ermənistan matçı martın 29-da  keçiriləcək.


Xəbər xətti