“Gürcüstan milli komandasının heyətində daha səviyyəli futbolçuların olmasına şünhə etmirəm. Bu yığma gələcəyin komandasıdı”.
Sportarena.az xəbər verir ki, bu sözləri Malta millisinin baş məşqçisi Petro Qedin deyib.
AVRO-2016-nın seçmə mərhələsinin martın 28-də baş tutacaq oyununda Azərbaycan millisinin qonağı olacaq cırtdan ölkə təmsilçisi Gürcüstanla yoxlama oyununda 0:2 hesabı ilə uduzub. Qarşılaşma haqda fikirlərini açıqlayan Qedin nəticədən gileylənib: “Bəxt bizdən üz döndərmişdi. Nəticə məni çox məyus edir. 85-ci dəqiqəyədək hər şey çox yaxşı idi. Amma sonra bəxtsizliklə üzləşdik. Bu oyunun ən ədalətli nəticəsi 0:0 hesabı olardı”.