Merin müavini yığmamızla görüşüb - FOTO

16:57 26 Mart 2015

Fransanın Caenın Ouisterham vilayətinin merinin idman və insan resursları üzrə müavini Jan-Klod Poilpot Avropa çempionatının elit-raund mərhələsinin oyunları üçün bu şəhərdə olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsini ziyarət edib.

 

 

Sportarena.az xəbər verir ki, U-19-un məşqini izləyən qonaq Azərbaycan nümayəndə heyətinin rəhbəri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla görüşüb.

 

Merin müavini qarşıdakı oyunlarda yığmamıza uğurlar arzulayıb. Sadıqov öz növbəsində yüksək qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib.

 


Xəbər xətti