“Real Madrid”in yarımmüdafiəçisi Sami Xedira klubdan ayrılacağını bildirib.
Sportarena.az xəbər verir ki, “Kicker”ə etdiyi açıqlamada, futbolçu klubdan ayırlaraq özünə yeni imkanlar qazanmaq istədiyini deyib.
“Bu qərar “Real Madrid”ə qarşı deyil. Artıq yeni səhifə açmaq lazımdır. İndi yaxın olduğum klub yoxdur”. – cümlələri ilə fikrini izah edib.
Qeyd edək ki, alman futbolçu “Bavariya”, “Çelsi” və “Arsenal” kimi klubların hədəfindədir.