Avstraliya ilə matçda qol vurmağı bacaran Almaniyanın polyak əsilli futbolçusu (2:2) Lukas Padolski əfsanə futbolçuları qol hesabında qabaqlamağı da bacarıb.
Sportarena.az xəbər verir ki, milli komandada keçirdiyi 122-ci oyunda 48-ci qolunu vuran Padolski Almaniyanın əfsanə futbolçuları Rüdi Völler və Yurgen Klinsmanı geridə qoyaraq 3-cü sıraya yüksəlib.
Qeyd edək ki, ilk sırada artıq milli komandaya dönməyəcəyini açıqlayan Kloze (71 Qol), ikinci sırada isə Gerd Müller (68) dayanır.