"Xəzər Lənkəran" məşqlərə başladı - Komanda gündə iki dəfə məşq keçəcək

18:55 26 Mart 2015

Milli komandanın Avropa Çempionatının seçmə mərhələsində Malta ilə qarşılaşması ilə əlaqədar Premyer Liqada yaranmış fasilə səbəbindən istirahtə çəkilmiş “Xəzər Lənkəran” artq məşqlərə başlayıb.

 

Sportarena.az saytına klubdan verilən məlumata görə, “ağ-yaşıllar” günün yeganə məşqinə saat 17:00-da Lənkəran şəhər stadionunun ehtiyat meydançasında çıxıb. “Sumqayıt”la oyunöncəsi klubda heç bir zədəli futbolçu yoxdur. Komanda sabah gün ərzində iki məşq keçəcək. Belə ki, əvvəlcə səhər saat 11:00-da tolanacaq komanda bir də axşam 17:00-da axşam məşqinə çıxacaq.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Sumqayıt” matçı aprelin 1-i Lənkəran şəhər stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti