“Barsleona”nın yarımmüdafiəçisi Xavi klubdan ayrılacaq.
Sportarena.az xəbər verir ki, İspaniyanın AS qəzeti belə bir iddia irəli sürüb.
Yazılanlara inansaq ispan futbolçu Qətərin “Əl-Sədd” klubu ilə “3+1” formatında müqavilə imzalaycaq. İlinə 10 milyon avro qazancaq futbolçunun işi tək bundan ibarət olmayacaq. O, Afrikadakı fəallığı ilə seçilən “Aspria” idman akademiyasının menecerliyini də yerinə yetirəcək.
Qeyd edək ki, 35 yaşlı futbolçu “Barselona”da futbolun sirlərini öyrənmiş, karyerası boyu başqa klubda forma geyməmişdi.