Milli komandamızın Malta ilə oyununa görə Premyer Liqada aprelin 1-dək fasilə yaranıb.
Sportarena.az aut.az-a istinadən xəbər verir ki, digər klublar kimi "Qəbələ" də fasilədən yararlanaraq yoхlama oyunu keçirəcək.
Roman Qriqorçuk yetirmələrini Gürcüstan klubu ilə oyunda sınayacaq. Rəqibin adını dəqiqləşdirə bilməsək də, oyunun martın 29-da Qəbələdə keçiriləcəyini öyrənə bildik.