Azərbaycan Premyer Liqasının 27-ci turunda evdə "İnter"lə qarşılaşacaq "Qarabağ" klubu bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, Ağdam təmsiçisi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması ilə üz-üzə gəlib. "Bakı" klubunun bazasında keçirilən oyun "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatıb - 3:2.
Qeyd edək ki, 9 futbolçu hazırda öz milli komandalarının düşərgələrində olduğundan onlar bugünkü oyunda iştirak etməyiblər.
26 mart
Yoxlama oyunu
"Qarabağ" – Azərbaycan U-21 - 3:2
Qollar: Seymur Əsədov, 8 (0:1), Dani Quintana, 12 (1:1), İlqar Qurbanov, 18 (2:1), Leroy Corc, 67 (3:1), Samir Məsimov, 89 (3:2)