Petro Qedin: "Rəqibin baş məşqçisinin kimliyi bizə maraqlı deyil"

12:08 27 Mart 2015

 “Azərbaycana böyük ümidlərlə gəlmişik”.

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Malta millisinin baş məşqçisi Petro Qedin deyib.

 

Yığma komandamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Maltanı qəbul edəcək. Qonaq komandanın baş məşqçisi bu gün keçirdiyi mətbuat konfransında sabahkı qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: “Bizim hazırlıq dövrümüz yaxşı keçdi. Gürcüstanla oyunda ağır məğlubiyyət aldıq. Heyətlə bağlı müəyyən problemimiz var. Amma düşünürəm ki, sabah maraqlı oyun olacaq”.

 

- Oyunçuların durumu necədi?

- Gəlin sabahı gözləyək. Hər şeyə sabah aydınlıq gələcək.

 

- Azərbaycan millisinin bu oyuna yeni baş məşqçi ilə çıxması sizin üçün müsbət, yoxsa mənfi haldı?

- Bu bizim üçün o qədər də əhəmiyyət kəsb etmir. Rəqibin baş məşqçisinin kimliyi bizə maraqlı deyil. Əsas öz oyunumuzdu. Çıxıb mübarizəmizi aparacaq və qələbə qazanmağa çalışacağıq.

 

- Malta yoldaşlıq görüşü keçirdi, Azərbaycan millisi isə məşqlə kifayətləndi. Bu o deməkdi ki, Malta millisi fiziki cəhətdən daha hazırlıqlıdı?

- Yorğun olsaq da, o demək deyil ki, oynaya bilməyəcəyik. Görüşə məsuliyyətlə yanaşmaq lazımdı. Bir komanda 3-4 gündən bir görüş keçirə bilmirsə, onda heç meydana çıxmasın.

 

- Azərbaycanın məqsədi Maltanı məğlub etməkdi. Sizin hədəfiniz nədi?

- Hər bir oyunun öz əhəmiyyəti var. Biz ümid edirik ki, ən azı heç-heçə edəcəyik. Bura uduzmağa gəlməmişik.

 

- Bizdə məğlubiyyət faciə sayılacaq. Bəs sizdə?

- Hər bir komanda qələbə qazanmaq istəyir. Ancaq bir komanda bunu bacarır. Biz mübarizə aparacağıq ki, qalib gələk. Bu, bizim üçün stimul olar.

 

- Azərbaycan millisi böyük ehtimalla hücum futbolu oynayacaq. Bəs siz hansı taktikaya üstünlük verəcəksiz?

- İndidən informasiya verməyim düz olmaz. Həmişəki oyunumuzu göstərməyə çalışacağıq.

 

- Azərbaycan mllisi halda nə düşünürsüz?

- Azərbaycan çox güclü komandadı. Onların azarkeşlərində həyəcan görürəm. Niyə həyəcanlanırsız? Sizin komandanızın əvvəlki kimi uğur qazanacağına inanıram.

 

- Gürcüstanla oyunöncəsi zədəliləriniz var idi. İndi vəziyyət necədi?

- Biz hər şeyi həll etməyə çalışırıq. Sabah işləri yoluna qoymağa çalışacağıq.

 


Digər xəbərlər

Xəbər xətti