RƏSMİ: Sabiq "Fənərbağça"lı ulduz futbolçu İsveç Superliqasında

12:47 27 Mart 2015

“Fənərbağça”nın sabiq ulduz futbolçusu Dieqo Luqano İsveç klubunda forma geyəcək.

 

Sportarena.az xəbər verir ki, İsveç Superliqasında çıxış edən “Hacken” klubu rəsmi saytı vasitəsi ilə uruqvaylı futbolçunu sıralarına qatdığı xəbərini yayım. Amma, futbolçu 3 ay gözləməyə məcburdur. Belə ki, o, növbəti mövsümün başlanğıcında yeni klubunda forma geyə biləcək.

 

Qeyd edək ki, ən uğurlu illərini Türkiyənin “Fənərbağça” klubunda keçirən 34 yaşlı futbolçu 2 dəfə çempionluq qazanmağı da bacarmışdı. Onun ən böyük uğuru isə Çempionlar Liqasında yarımfinla qədər irəlliləməyi bacarması olub.


Xəbər xətti