“Real Madrid” və Portuqaliya yığmasının ulduz futbolçusu Ronaldo milli komanda yoldaşı Rikardo Quarejmanın maşınını tanınmaz hala salıb.
Sportarena.az xəbər verir ki, Ronaldo maşını falyonla örtərək özünün CR7 markalı ayaqqabısına oxşatmağa çalışıb. Bu vəziyyətdə çəkdiyi şəkili Tvitter hesabında yerləşdirən futbolçuya Quarejmanın münasibəti də çox gözlətməyib. “İnana bilmirəm ki, maşınımı bu hala salmısan” deyən Quarejma, Ronadodan, “Növbəti matçda daha sürətli olasan deyə...” yazaraq cavab alıb.
Qeyd edək ki, Portuqaliya növbəti oyununu Avropa Çempionatının seçmə mərhələsində Serbiyaya qarşı keçirəcək.