Qurban Qurbanov: "Ermənistanla oyunda Admir Telli olmasa da, qələbəyə görə mükafat alacaq" - VİDEO

13:40 27 Mart 2015

"Qarabağ" yoxlama oyununda qüvvəsini sınayıb.  Ağdam təmsiçisi "Bakı"nın bazasında U-21-lə üz-üzə gəlib. 9 futbolçusu hazırda millilərin düşərgəsində olduğundan, Qurban Qurbanov ehtiyatda qalanları və gəncləri sınayıb. Yığmadan Seymur Əsədov 5-ci dəqiqədə hesabı açsa da, növbəti 3 qol Premyer Liqanın liderindən gəlib: Dani Quintana (13), İlqar Qurbanov (19), Leroy Corc (68). "Neftçi"dən Samir Məsimov 86-cı dəqiqədə fərqi azaldıb.

 

 

Sportarena.az xəbər verir ki, Q.Qurbanov rəqibin xoş təsir bağışladığını bildirib: "Fasilədə yoxlama keçirmək yaxşı oldu. Maraqlı keçdi. Rəqib gənclərdən ibarət istəkli komanda idi və
əzmkar oyun nümayiş etdirdi. Biz belə komanda ilə qarşılaşmaq istəyirdik".

 

 

Yeni transfer Dani Kuintana qol vursa da, baş məşqçi ispanın oyunundan razı qalmadığını qeyd edib: "Dani bu il ilk oyununa çıxdı. Onun üçün çətin oldu. Hələlik tam hazır deyil. Hazırlıq davam edir. Baxmayaraq ki, əksər futbolçularımız milli komandaların düşərgəsindədi. Bunun həm müsbət, həm də mənfi təsiri var. Çalışırıq ki, qalan futbolçuların oyun təcrübəsini qoruyub saxlayaq və artıraq".


 

Azərbaycan məşqçilərinin lideri "Neftçi"dən heç bir futbolçunun yığmay dəvət almamasının ona aidiyyatı məsələ olmadığını vurğulayıb: "Millimizdən Malta ilə oyunda qələbə gözləyirəm. Yığmamız çoxdandı qalib gələ bilmir".

 


Digər xəbərlər

Xəbər xətti