17 yaşadək futbolçulardan ibarət komandalar arasında AÇ-2015-in elit mərhələsi çərçivəsində 4-cü qrupun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, azərbaycanlı hakim Orxan Məmmədov bu qrupun İrlandiya - Polşa oyununu idarə edib.
Qarşılaşma 1:0 hesabı ilə polşalıların xeyrinə başa çatıb. Məmmədov bu oyunda üç sarı vərəqə göstərib. Onlardan ikisi irlandiyalıların, digəri isə polşalıların qismətinə düşüb.