Azərbaycan millisinin voleybolçusu Yelena Parxomenkonun Tailand çempionatında debütü uğurlu alınmayıb.
Sportarena.az xəbər verir ki, 33 yaşlı blokçunun az öncə transfer olunduğu “Ayutthaya” “İdea Xonkaen”lə dueldə məğlubiyyətə üzülüb.
Həlledici mərhələnin B qrupunun ilk turunda rəqib 3:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, mövsümün startından klubsuz qalan Parxomenko avrokubok zamanı “Azərreyl”in heyətinə cəlb olunsa da, sonradan ölkə xaricinə yollanmağı üstün tutub.