“Arsenal” və “Barselona”da forma geymiş fransalı ulduz futbolçu Tyeri Anri PSJ-nin isveçli futbolçusu Zlatan İbrahimoviçi müdafiə edib.
Sportarena.az xəbər verir ki, “L'Equipe”yə açıqlama verən futbolçu, “Zlatan möhtəşəm bir insandır. Səmimi futbolçudur, onunla birlikdə yaxşı vaxtlarımız olub. Fransadakı insanlar onunla məşğul olmaq yerinə oyunundan zövq alsalar daha yaxşı olar. Artıq bir qərar versinlər. Əvvəl Fransada ulduz futbolçu qıtlığından danışırdılar”. – deyə futbolçunu son olaylardan sonra müdafiə etdi.
Futbolçunun cəzalanmalı olmadığını bildirən Anri, “Nə düşünürsə onu deyir. Bu məni narahat etmir. Onun kimi səmimi insanlar azdır”. –deyib.
Qeyd edək ki, isveçli futbolçu PSJ-nin “Bordeaux”la oynadığı oyundan sonra hakim barədə dediyi sözlərlə gündəmə gəlmiş və cəzalandırılması istənilmişdi.