"Xəzər Lənkəran"ın sabiq kapitanı "Neftçi"yə keçidindən danışdı: "Təklif olsa, işləmək istərəm"

17:34 27 Mart 2015

“Xəzər Lənkəran” klubunun və millimizin sabiq kapitanı Emin Quliyevin “Neftçi”də işə düzəlməsi barədə mətbuatda şayələr yayılıb.

 

Quliyev sportarena.az saytına açıqlamasında deyilənləri təkzib edərək, “Belə bir söhbət yoxdur. Yalan məlumatdır. Hal-hazırda işsizəm və heç bir klubdan təklif yoxdur”. – deyib.

 

Quliyev, yenidən futbola qayıtmaq istəyini də gizlətməyib.

“Futboldan kənar qalmağa öyrəşməmişəm. Təklif olsa, işləmək istərəm. Ömrümün əsas hissəsin futbolda keçirdiyimdən futbolsuz qalmaq alınmır”. – deyə sabiq kapitan bildirib.


Digər xəbərlər

Xəbər xətti