Bir müddət öncə “Xəzər Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədov klubdan bəzi futbolçuların göndərilə biləcəyi saytımıza açıqlamışdı.
SportArena.az saytına klubdakı etibarlı mənbədən daxil olan məlumata görə, artıq onlardan ikisinin adı məlumdur. Əvəzedici heyətə göndərilən iki futbolçu – Elsevər Bəkirzadə və Nurxan Mənsimzadə mövsüm sonunda ümumiyyətlə komandada qalmaya bilər. “Xəzər Lənkəran” may ayından sonra futbolçularla rəsmən vidalaşmaq fikrindədir.