Yığmamızın rəqibində ciddi itki

18:31 27 Mart 2015

"Avro-2016"nın seçmə mərhələsində millimizin qrupunda yer alan Xorvatiya yığması Norveçlə oyunöncəsi ciddi itki ilə üzləşib.

 

 

Sportarena.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, komandanın aparıcı futbolçusu Mateo Kovaçiç zədə səbəbindən Norveçlə görüşdə forma geyinə bilməyəcək.

 

Yığmanın həkimi Boris Nemeç təcrübəli yarımmüdafiəçinin dizində ağrılar olduğunu bildirib: "Aparılan tibbi müayinədən sonra Kovaçiçin diz çarpaz bağlarında zədə olduğu aşkarlandı. Dizindəki ağrılar artıb. Kovaçiç Norveçə qarşı oynaya bilməyəcək".

 

Qeyd edək ki, Xorvatiya millisi sabah "Avro-2016"nın seçmə mərhələsində evdə Norveçi qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

 


Digər xəbərlər

Xəbər xətti