Rəşad Sadıqov: Özümüzdə inam yaradaq və yeni səhifə açaq"

22:18 27 Mart 2015

Sabah millimiz AÇ-2016 seçmə mərhələsində millimiz Maltanı qəbul edəcək.


 

Sportarena.az xəbər verir ki, millimizin kapitanı Rəşad Sadıqov voyun öncəsi mətbuat konfransında oyun haqda danışıblar:

 "Səbirsizliklə bu oyunu gözləyirik, yaxşı hazırlaşmışıq, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Rəqibin gürcüstanla oyununu izləmişik. Rəqib yaxşı müdafiə olunur və əks hücumda şansımızı gözləyir. Asan olmayacaq, amma əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Boynumuzda ağır yük olacaq. Gürcüstanla oyununu analiz etmişik, zəif və güclü tərəflərini bilirik. Heç kim heyət quranda mənimlə məsləhətləşməyib. Onlar səfərdə daha rahat olacaqlar, dua edirəm ki, yaxşı nəticə qazanaq və özümüzdə inam yaradaq. Və yeni səhifə açaq". 

 

Sadıqov jurnalistlərə onlara dəstək olmağa çağırıb. O, komandanın azarkeşlər və jurnalistlərlə birlikdə güclü olduğunu bildirib.  

 


Digər xəbərlər

Xəbər xətti