Transfer bazarlığı başladı: "Xəzər Lənkəran" rəsmiləri Afrikaya niyə yollanır?

22:48 27 Mart 2015

Hazırda heç də adına layiq çıxış etməyən “Xəzər Lənkəran” yenidən əzəmətini qaytarmaq niyyətindədir.

 

Sportarena.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, mövsümlər arası yay fasiləsi ərəfəsində “Ağ-yaşıl” klub transfer hazırlıqlarına başlayır. Bu məqsədlə yaxın günlərdə klubun idman direktoru bir neçə menecerlə birlikdə futbolçu seçimi üçün ölkə xaricinə səfər edəcək. Məlumata görə Yunis Hüseynovun başçılığında olacaq nümayəndə heyəti səyahətini Afrika ölkələrindən başlayacaq. “Xəzər Lənkəran” rəhbərliyi növbəti mövsüm öncəsi azı 5-səviyyəli futbolçunu transfer edərək komandanın heyətini gücləndirməkdə iddalıdır. Həmin məlumatda Mənsimovun bu transferlərin xərclərini ödəmək üçün böyük paralardan keçməyə razı olduğu da deyilir.

 


Digər xəbərlər

Xəbər xətti