AVRO-2016-nın seçmə mərhələsində millimizin rəiblərindən olan İtaliya yığasının heyətində ciddi itki baş verib.
Sportarena.az xəbər verir ki, “Skuadra Adzurra”nın müdafiəçisi Manuel Paskual komandanın düşərgəsini tərk edib.
Buna “Fiorentina”nın arxa xətt oyunçusunun qabırğasından zədə alması bəbəb olub. İtaliya millisinin baş məşqçisi Antonio Konte AVRO-2016-nın seçmə mərhələsində Bolqarıstana və İngiltərə ilə yoldaşlıq matçına qarşı Paskualın xidmətindən yararlana bilməyəcək.
Manuelin zədələnmə xəbərini 32 yaşlı futbolçunun klubu “Fiorentina” da təsdiqləyib. O, komandanın düşərgəsindən günün ikinci yarısında uzaqlaşıb.
Qeyd edək ki, İtaliya sabah Sofiyada Bolqarıstanla, martın 31-də isə İngiltərə ilə üz-üzə gələcək.