UEFA Ukraynanın “Dinamo Kiyev” klubunu cəzalandırıb.
Sportarena.az xəbər verir ki, buna səbəb Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərənin “Everton” klubu ilə keçirdikləri oyun (5:2) zamanı yerli azarkeşlərin irqçi şüarlar səsləndirməsidir.
UEFA-nın rəsmi saytında yerləşdirilən məlumatda kiyevlilərin növbəti oyunda tribunanın müəyyən bir qismindən məhrum olacağı bildirilib.