Rusiya - Çernaqoriya matçı ikinci dəfə yarımçıq saxlanıldı - VİDEO

11:35 28 Mart 2015

Avropa Çempionatının seçmə mərhələ oyunlarının 5-ci turuna start verilib.

 

Sportarena.az xəbər verir ki, G qrupunda 3-cü və 4-cü yerləri bölüşən Çernaqoriya və Rusiya qarşılaşıb. Oyunun əvvəllərində azarkeşlər qonaqların qapıçısı İqor Akinfeyevi kənardan atılan məşəllə üzünü yandırdığından matç dayandırılıb. Tribunaya nəzarəti ələ alan meydan sahibləri matçın yenidən başlamasına nail olublar.

 

Oyun boyu üstün olan Rusiya əlinə düşən fürsətləri sağa-sola xərcləyərək əldən verib. Onlar hətta əllərinə düşən penalti şansını da dəyərləndirə bilməyib. 66-cı dəqiqədə meydan sahibləri Kanbarovun da başına məşəl atıb və bununlada oyun ikinci dəfə təxirə salınıb.

 

Çernaqoriya – Rusiya 0:0 (Təxirə salındı)


Xəbər xətti