“Avro-2016”nın dünən keçirilən Montoneqro – Rusiya oyunu zamanı başından xəsarət alan qonaq komandanın qapıçısı İqor Akinfeyevin həyatı üçün təhlükə yoxdur.
Sportarena.az xəbər verir ki, bu haqda jurnalistlərə Rusiya millisinin həkimi Eduard Bezuqlov məlumat verib: “Azarkeşlərin atdığı fayerin Akinfeyevin başına dəyməsinə görə onun beyni silkələnib. Onun həyatı üçün təhlükə yoxdur. O, milli komandayla birgə Moskvaya qayıdır. Rusiyada müalicəsini davam etdirəcək”.