Azərbaycan ilk qələbəsini qazandı, 5-ci pilləyə yüksəldi

22:54 28 Mart 2015

Bu gün Avropa çempionatının seçmə mərhələsinin H qrupunda V turun oyunları keçirilir.

 

 

Sportarena.az xəbər verir ki, millimiz Tofiq Bəhramov adına Respublika stadionunda Malta ilə qarşılaşıb

 

Millimiz görüşdə ilk qələbəsini qazanaraq 3 xal əldə edib və qrupda 5-ci yerə yüksəlib. Millimizin heyətində görüşün 3-cü dəqiqəsində Cavid Hüseynov, 90+1-ci dəqiqədə isə Dmitri Nazarov fərqlənib.

 

AVRO-2016-nın seçmə mərhələsi, V tur

H qrupu

28 mart

Azərbaycan – Malta 2:0

Qol: Cavid Hüseyinov 3; Dmitri Nazarov 90+1

Baş hakim: Halis Özkahya

Hakim köməkçiləri: Cem Satman, Ekrem Kan

Dördüncü hakim: Kemal Yılmaz

Əlavə hakim köməkçiləri: Mete Kalkavan, Tolqa Özkalfa (hamısı Türkiyə)

Hakim-inspektor: Covanni Bolognino (İtaliya)

UEFA nümayəndəsi: Darius Pavel Dziekanovski (Polşa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 


Digər xəbərlər

Xəbər xətti