ÖZƏL ARAŞDIRMA: Sxadadzeni Mirça Rednikin "torba"sı gözləyir

13:38 28 Mart 2015

Son ayın ən çox müzakirə olunan məsələlərindən biri də “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzenin Gürcüstan milli komandasına baş məşqçi təyin edilməsi oldu.

 

Sportarena.az sizə bu təyinatın gizli məqamlarını açmağa çalışacaq.

 

Gürcü mütəxəssisin Azərbaycanda uğurlu faliyyətini illərlədir ki, bir-çox yerli futbol insanlarının gözü götürmür. Əsasən də yerli məşqçilərin “Xarici məşqçilər bizdən zəifdir” düşüncəsi yaratmaq cəhdinə indiyənə qədər “İnter”in sabiq çalışdırıcısı Valentin Xadukin və Kaxaber Sxadadzedən başqa uğurlu sinə gərən tapılmamışdı. Yalnız “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Redniki göstərmək olar ki, onun da ölkədən necə uzaqlaşdırıldığı məlum məsələdir. Amma, Sxadadze və “İnter” rəhbərliyi yerli məşqçilərin bütün “toba əməliyyatları”na rəğmən öz möhkəmliyini göstərməyi bacarırdı. “İnter” öz heyətində komandadan kənara “iş”ləyə biləcək heç bir oyunçunu uzunmüddətli olaraq saxlamır. Klubun yerli mütəxəssislərə üz çevirməsi də birmənalı olaraq komandanı kənar xəyanətkar təsirlərdən qorumaq xarakteri daşıyır.

 

Bəs belə bir komandanı necə başsız qoymaq olardı? Kaxaber Sxadadzeyə heç cür “ilişə” bilməyən, Redik üçün tikilmiş “torba”nı heç cür gürcü mütəxəssisin əyninə geydirə bilməyən yerli mütəxəssislərdən ibarət futbol mafiyası artıq Azərbaycan şirkətlərinin vassalına çevrilmiş Gürcüstan Futbol Federasiyası vasitəsi ilə Sxadadzeni Azərbaycandan uzaqlaşdırmaq planı cızıblar.

 

Gürcüstan yığmasının sabiq futbolçu və mütəxəssisindən saytımıza daxil olan məlumata görə, Sxadadzeni Azərbaycandan ayırmq üçün GFF-yə külli miqdarda rüşvət verilib. Bu rüşvətin nəticəsi olaraq Sxadadze Gürcüstan yığmasına gətirilməli, “İnter”dən uzaqlaşmalı və ardınca yığma komandada biabırçı duruma salınmaldır. Bu irgənc əməliyyatın ardında Gürcüstanın və Azəbaycanın bir-çox tanınmış simaları dayanır. Məlumatda belə deyilir.

 


Digər xəbərlər

Xəbər xətti