Qalmaqallı matça ilk rəsmi münasibət: "Baş verənlər bir fəlakətdir"

13:55 28 Mart 2015

Monteneqro Futbol Federasiyasının baş katibi Momir Curcevaç "Avro-2016"nın seçmə mərhələsində Rusiya ilə oyunda baş verən qalmaqala münasibət bildirib. 

 

 

Sportarena.az xəbər verir ki, federasiya rəsmisi matçın ilk dəqiqələrdən dayandırılmalı olduğunu deyib:

"Başa düşmürəm ki, insanlar stadiona nə üçün gəlirlər. Azarkeşlər "Monteneqro" səni sevirik" mahnısını oxuyurlar, ancaq sonra aranı qarışdırırlar. Biz təhlükəsizlik xidmətinin yüksək səviyyədə olması üçün əlimizdən gələni etdik. Azarkeş qruplarının liderləri ilə görüşdük. Lakin bunun heç bir xeyri olmadı. Baş verənlər bir fəlakətdir. Məncə, oyun elə ilk dəqiqədən dayandırılmalı idi".

Qeyd edək ki, Monteneqro - Rusiya matçının ilk dəqiqəsində yerli fanatlar qonaqların qapıçısı İqor Akinfeyevə fişəng atıb. Başından xəsarət alan qolkiper xəstəxanaya aparılıb. Bundan sonra matç dayandırılıb. Daha sonra oyun bərpa olunsa da, yerli azarkeşlər bu dəfə rusiyalı futbolçu Dmitri Kambarovun başına alışqan atıblar. Bundan sonra futbolçular arasında insident yaranıb və Rusiya millisinin oyunçuları meydanı tərk ediblər. Beləliklə də, görüş yarımçıq dayandırılıb.

 


Digər xəbərlər

Xəbər xətti