Azərbaycan cüdoçusu gümüş medal qazanıb

14:44 28 Mart 2015

Türkiyənin Samsun şəhərində keçirilən cüdo üzrə "Qran-pri" yarışında Azərbaycan təmsilçisi Orxan Səfərov ölkəsinə gümüş medal qazandırıb.

 

 

Sportarena.az  xəbər verir ki, 60 kq. çəki dərəcəsində çıxış edən həmyerlimiz finalda Özbəkistan nümayəndəsi Şərafuddin Lütfillayevə məğlub olub və ikinci yerlə kifayətlənib.

 

 

Cüdo. "Qran-pri" mərhələsi. Samsun. Türkiyə

Kişilər

60 kq. çəki dərəcəsi

1. Şarafuddin Lütfillayev (Özbəkistan).

2. Orxan Səfərov (Azərbaycan).

3. Lukumi Çxvimiani (Gürcüstan).

3. Soqbaatar Sendoçir (Monqolustan).

66 kq. çəki dərəcəsi

1. Rişod Sobirov (Özbəkistan).

2. Tumurxuleq Davadorj (Monqolustan).

3. Abdula Abdulcəlilov (Rusiya).

3. Sergey Oleynik (Portuqaliya).

 


Digər xəbərlər

Xəbər xətti