Rusiyanın paytaxtı Moskvada sambo üzrə Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş Dünya Kubokunun ilk günündə Azərbaycan milli komandası 4 medal qazanıb.
Sportarena.az xəbər verir ki, yığma üzvlərindən 2-si gümüş, 2-si bürünc medala sahib olub.
İdman sambosunda kişilərin mübarizəsində Nəsimi Umbayev (52 kq) və Emil Həsənov (68 kq) gümüş, Bəxtiyar Abbasov (90 kq) bürünc medala yiyələnib. Döyüş sambosunda isə Kənan Qasımov (90 kq) bürünc medalla kifayətlənib.
Qeyd edək ki, Dünya Kubokuna martın 29-da yekun vurulacaq.