Rusiya yığması və Moskvanın MOİK klubunun qapıçısı İqor Akinfeyev aldığı zədəyə görə Avropa Futbol Assosiasiyası (UEFA) tərəfindən sığorta təzminatı alacaq.
Sportarena.az xəbər verir ki, bu barədə klubun prezidenti Yevgeni Qiner bildirib.
Onun sözlərinə görə, hazırda qapıçını komandanın həkimləri tibbi müayinədən keçirir. O, "MOİK qapıçının zədəsi üçün UEFA-dan təzminat tələb etməyə hazırlaşırmı" sualına cavabında deyib ki, UEFA beynəlxalq yarışlarda çıxış edən bütün oyunçuları məcburi sığorta edir.
Xatırladaq ki, İ.Akinfeyev zədəni 2016-cı il Avropa çempionatının seçmə oyununda Rusiya-Çernoqoriya qarşılaşmasında alıb.
Belə ki, Podqorisedə ötən gün baş tutan görüşün ilk dəqiqəsində tribunalardan yerli azarkeşlərdən birinin atdığı alışdırıcı maddə onun başına dəyib. Qapıçı xəstəxanaya yerləşdirilib, ona beyin silkələnməsi və yanıq diaqnozu qoyulub. Bu gün səhər İ.Akinfeyev komanda ilə birlikdə Moskvaya qayıdıb.
Bu hadisədən sonra görüş dayandırılıb və bir neçə dəqiqə sonra yenidən başlayıb. Görüşün 67-ci dəqiqəsində tribunalardan atılan növbəti yad maddə Rusiya yığmasının başqa oyunçusu Dmitri Kombarova atılıb. Bundan sonra baş hakim Deniz Aytəkin oyunu dayandırıb.
Rusiyalı qapıçı xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları sözügedən azarkeşi tutmağa müvəffəq olublar. Fanat qrupunun rəhbəri rəsmi şəxslər və yığmaların nümayəndələrindən üzr istəyib.