Əfsanəvi futbolçudan İbrahimoviçə sətiraltı dəvət: “Mançester Yunayted”də meydanda nə etdiyiniz önəmlidir”

16:37 28 Mart 2015

“Mançester Yunayted”in əfsanəvi qapıçısı Peter Şmexel PSJ-nin isveçli hücumçusu Zlatan İbrahimoviçi Erik Kantanaya bənzədib.

 

Sportarena.az xəbər verir ki, “L'Equipe”yə açıqlama verən əfsanəvi futbolçu, “Zlatanın PSJ-də etdikləri əladır. Keçən mövsüm “Mançester Yunayted”ə gələcəyi xəbərləri vardı. Mən həmin vaxt da onun bu komanda üçün uyğun olduğunu demişdim. Misal olaraq Kantananı göstərə bilərəm. O, başqa klublarda parlamadı, amma Mançesterdə parladı. “Mançester Yunayted”də meydanda nə etdiyiniz önəmlidir”. – deyib.


Digər xəbərlər

Xəbər xətti