Həbsdən çıxmış "Xəzər Lənkəran" azarkeşindən şok ittiham: "Həbsxanada dedilər ki, sizin burda olmağınızın səbəbi..."

17:11 28 Mart 2015

2013-cü ildə keçirilən "Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra həbs olunan 4 cənublu azarkeşlərdən biri - Astara rayon sakini, 52 yaşlı Elçin Abdullayev prezidentin imzaladığı əfv sərəncamından sonra azadlığa çıxıb.

 

 

Sportarena.az  xəbər verir ki, azadlığa çıxan Abdullayev günahsız olduğunu, sifariş əsasında həbs olunduğunu bildirib. Abdullayev "Futbol+" qəzetinə verdiyi müsahibədə şok ittihamlar səsləndirib:

"Mən savadsız, kənd yerində böyümüş bir fağıram. İstintaq müddətində və həbsxanada dedilər ki, sizin burda olmağınızın səbəbi Rövnəq Abdullayevlə Mübariz Mənsimovun münasibətlərinin korlanmasıdı. Bakıda nələr baş verdiyindən biz kasıbların nə xəbəri var? Azarkeş kimi stadiona getmişdim, başıma bu oyun gəldi".

Elçin Abdullayev heç bir günahı olmadan kimlərinsə sifarişi əsasında üç il həbsxanada yatdığını bildirib:

"İttihamnamədə ən çox narazı qaldığım məqam əsgərə daş atdığımın göstərilməsidi. Bu, tamamilə yalandı. 52 yaşlı insan övladı yerində uşağa daş atar? Özü də vətəni qoruyan əsgərə. Bu, mənim üçün qara ləkədi. Ölənədək bu mənə əzab verəcək. Çalışacam ki, bu ləkəni hansısa yolla üzərimdən götürüm. Aidiyyatı orqanlara şikayət yazacam, televiziyaya çıxacam ki, bircə bu ləkəni adımdan təmizləyim. Həmin əsgərlərin valideyinlərinə səslənirəm: sizə qurban olum, mən sizin uşağınıza daş atmamışam. Mən kimlərinsə zibilinə düşmüşəm".

 


Digər xəbərlər

Xəbər xətti