“Malta ilə oyunda qapının açarı futbolçulardadır”
Bu sözləri sportarena.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.
Malta və Azərbaycan millisinin son drumunu analiz edən Hacıyev, rəqibi zəif saymadığını, nəticənin futbolçulardan aslı olduğunu açıqlayıb: “Maraqlı oyun olacaq. Komandadakı məşqçi dəyişikliyi özünü göstərəcək. Mən Gürcüstanla Maltanın oyununu izlədim. Malta heç də zəif rəqib deyil. İlk qolu 82-ci dəqiqədə buraxdılar. Ona görə də, futbolçular bu oyunda darmadağın haqqında düşünməkdən daha çox özlərini oyuna motivasiya etməyə kökləməlidirlər. Malta ilə oyunda qapının açarı futbolçulardadır. Onu da nəzərə almaq lazımdır ki, futbol sürprizlərlə doludur”. – deyə B.Hacıyev bildirib.
Qeyd edək ki, Azərbaycan – Malta qarşılaşması bu gün saat 21:00-da Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçiriləcək. Oyunu Halis Özkayanın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək.