Bu gün qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin cavab görüşü keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu “Rabitə” Bakıda “Dinamo”yla (Krasnodar) üz-üzə gəlib.
Avrokubokdakı yeganə təmsilçimiz ruslara uduzub. Bununla da klublarımız üçün avrokubokun 2014/2015 mövsümü başa çatıb. “Azərreyl”, “Lokomotiv” və “Azəryol”dan sonra “Rabitə” də qitəmiqyaslı yarışlarla vidalaşıb.
CEV kuboku, yarımfinal mərhələsi, cavab oyunu
28 mart
Rabitə (Azərbaycan) - Dinamo (Rusiya, Krasnodar) 0:3 (23:25, 19:25, 20:25)
Bakı. “Sərhədçi” Olimpiya Mərkəzi.
İlk oyun: Dinamo - Rabitə 3:1 (25:20; 18:25; 25:23; 25:22)