Şimali Kipr Türk Respublikasının (ŞTKR) Futbol Federasiyası Yunan Kiprinin Futbol Federasiyasına üzv olub.
Sportarena.az "Hurriyet"ə istinadən xəbər verir ki, martın 29-da keçiriləcək mətbuat konfransında qərar haqda açıqlama veriləcək.
Yunan Kipri Futbol Federasiyası artıq üzvlüyü qəbul etməklə bağlı hazırlıq işlərinə başlayıb.
Xatırladaq ki, iki il öncə ŞKTR FİFA-nın vasitəçiliyi ilə Yunan Kipri Futbol Federasiyasına üzvlüyə qəbul edilmişdi. Ancaq onda bu istək adadakı bir sıra siyasi-ictimai dairələrin etirazı ucbatından gerçəkləşməmişdi.
Ötən ay isə ŞKTR Futbol Federasiyasının prezidenti Həsən Sərtoğlu məsələni yenidən gündəmə gətirib.
Türkiyə Futbol Federasiyasının (TFF) sədri Yıldırım Dəmirörənin ŞKTR-də büro açmaq istəyi ilə bağlı FİFA-ya müraciəti də nəticə verməmişdi. Bundan başqa, ŞKTR Futbol Federasiyası da adanın türklərə aid hissəsində TFF-nin büro açmasına qarşı çıxmışdı.