RƏSMİ: Xavi "Barselona"nı Qətər klubuna dəyişdi - FOTO

12:40 29 Mart 2015

İspaniyanın "Barselona" klubunun futbolçusu Xavi Hernandes Qətərin "Əl Sədd" klubu ilə anlaşıb.

 

 

Sportarena.az  xəbər verir ki, bu barədə Qətər klubunun meneceri Abdullah Əl Bərik şəxsi "İnstagram" hesabında məlumat yayıb.

Klubun idman direktoru Muhammed Qoulamla Xavinin birgə çəkilmiş şəklini paylaşan menecer "Əl Sədd" "Barselona"nın kapitanını transfer etməyi bacardı" sözlərini əlavə edib.

Lakin kataloniya təmsilçisi hələlik keçidlə bağlı heç bir rəsmi məlumat yaymayıb. İspaniya mətbuatının iddiasına görə, futbolçu ilə ilə 10 milyon avrodan 3 illik müqavilə imzalanacaq.

 


Digər xəbərlər

Xəbər xətti