“Millidə “Neftçi”dən heç kimi görməyəndə ürəyim ağradı”
Bu sözləri sportarena.az saytına açıqlamasında “Neftçi” klubunun sabiq baş məşqçisi, hazırda Məşqçilər Komitəsinin üzvü olan Böyükağa Hacıyev deyib.
Hacıyev “Neftçi”dən heç bir futbolçunun milli komandaya çağrılmamasını komandanın stabil olmayan oyunu ilə əlaqələndirərək – “Prosineçki milliyə oynayanı çağırır, oynamayanı yox. “Neftçi”dən heç bir futbolçunun çağrılmaması komandadakı qeyri-stabil oyunla əlaqədardır. Araz Abdullayev, Elvin Yunuszadə milliyə çağrıla biləcək futbolçulardır. Ancaq, son zamanlar stabil oynamırlar. Millidə “Neftçi”dən heç kimi görməyəndə ürəyim ağradı. Bəlkə də onlarda arxayınçılıq yaranıb, bunu deyə bilmərəm. Amma, 21 yaşadək milli komandaya “Neftçi”dən 5 nəfər çağrılmışdı. Bunu da nəzərə almaq lazımdır”. – deyib.