Sadıqov: "Azarkeşlər bizi oyunumuza görə alqışladı"

13:37 29 Mart 2015

“Qol vəziyyətlərimiz kifayət qədər oldu”

 

Bu sözləri sportarena.az saytına Fransada keçirilən 19 yaşadək futbolçuların Avropa Çempiontının elit-raundunda mübarizə aparan millimizin futbolçusu İlkin Sadıqov deyib.

 

Sadıqov, İngiltərəyə məğlub olduqları və Danimarkaya qarşı keçirəcəkləri oyun barədə fikirlərini bildirərək – “Dünən yaxşı oyun göstərdik. Qol vəziyyətlərimiz kifayət qədər oldu. Onlardan yaxşı istifadə edə bilmədik. Azarkeşlər bizi oyunumuza görə alqışladı. Danimarka ilə oyuna isə 3 xal üçün çıxacayıq. Qələbə qazanmağa çalışacayıq”. – deyib.

 

Qeyd edə ki, komandamız ilk oyunda Fransa (2:0) və İngiltərəyə (1:0) məğlub olub. Danimarka ilə keçiriləcək son oyun ayın 31-i saat 22:00-da baş tutacaq.


Xəbər xətti