Dmitri Nazarov, Qurban Qurbanov və Nazim Süleymanovun uğurunu təkrarladı

14:30 29 Mart 2015

Azərbaycan millisinin tarixində 13-cü dəfə bir futbolçu seçmə mərhələdə birdən artıq qol vurur.

 

 

Sportarena.az xəbər verir ki, Malta ilə qarşılaşmada hesabı 2:0-a çatdıran Dmitri Nazarov AVRO-2016-nın seçmə oyunlarında 2-ci dəfə fərqlənib.

 

 

Milliləşən legionerimizədək 12 dəfə eyni oyunçu tsikldə 2 və ya daha çox qol vurmuşdu. Mütləq rekord isə AVRO-2004-də 3 qolun sevincini yaşayan Qurban Qurbanova məxsusdu.

 

 

Digər hallarda isə ən yaxşı bombardirimiz 2 dəfə fərqlənib. Elə Qurbanovun özü və Zaur Tağızadə AVRO-2000-də, Nazim Süleymanov ABRO-1996, Fərrux İsmayılov AVRO-2004, Rauf Əliyev, Vaqif Cavadov, Vüqar Nadirov AVRO-2012-də 2 dəfə rəqib qapılarına yol tapıb. Vadim Vasilyev DÇ-2002, Elvin Məmmədov, Vaqif Cavadov DÇ-2010, Ruslan Abışov isə DÇ-2014-də bunu bacarıb.

 

 

Millinin seçmə mərhələdəki ilk 5 oyununda 2 qol vuran Nazarov bu məhsuldarlığı davam etdirsə, qarşıdakı 5 matçda rekordu təkrarlamaq, hətta arxada qoymaq imkanına malikdi.

 


Digər xəbərlər

Xəbər xətti