"Fənərbağça"nın əfsanəsi futbola vida etdi - VİDEO

15:45 29 Mart 2015

"Fənərbaxça"nın sabiq futbolçusu Aleks de Souza vida oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, oyunda "Aleksin dostları" komandasıyla "Palmeyras"ın 1999-cu ildə Libertadores kubokunu qazanan heyəti üz-üzə gəlib.

 

Aleks oyuna "Pameyras"ın heyətində çıxaraq öz dostlarına qarşı oynayıb. Matçda "Aleksin dostları" komandasında türk futbolçular Rüştü Rəçbər və Tuncay Şanlı da çıxış edib. Aleksin dubla imza atdığı oyun "Palmeyras"ın 5:3 hesablı qələbəsiylə nəticələnib. Türkiyəli futbolçu Tuncay Şanlı da oyunda dublla yadda qalıb.

 

Aleks karyerası ərzində ölkəsinin "Palmeyras", "Kruzeyro" və "Flamenqo" klublarının, Avropada isə "Fənərbaxça" və "Parma"nın şərəfini qoruyub. O, "sarı-göylər"in heyətində keçirdiyi 378 matçda 185 qola imza atıb. Aleks 1998-2005-ci illər aralığında şərəfini qoruduğu Braziliya millisində isə keçirdiyi 48 oyunda 14 dəfə fərqlənib.

 


Digər xəbərlər

Xəbər xətti